70
Formula 1 Qran-prisi öncəsi uşaqların Azərbaycan himnini coşqu ilə ifa etməsi diqqət çəkib.
Ucnoqta.az xəbər verir ki, görüntülərdə uşaqların səmimi ifasına “Mercedes” pilotu Corc Rassell və “McLaren” pilotu Lando Norris gülümsəyərək reaksiya verirlər.
Uşaqların həvəslə oxuduğu himn yarışın yadda qalan anlarından birinə çevrilib.
Levis Hamiltonun isə həmin anı telefonla çəkdiyi də bildirilir.
