37
Nyu-York polisinin Manhetten şəhər mərkəzində İsrailin Baş naziri Benyamin Netanyahunun BMT Baş Assambleyasındakı çıxışına etiraz edən təxminən 100 nümayişçini saxladığı bildirilir.
Ucnoqta.az xəbər verir ki, bu barədə “The New York Times” polis məlumatlarına istinadən yazıb.
Məlumata görə, etiraz aksiyaları Manhettenin müxtəlif ərazilərində bir neçə Fələstin tərəfdarı təşkilat tərəfindən keçirilib. Aksiyalarda 1 250-dən çox şəxsin iştirak etdiyi bildirilib.
