34
Rusiya Prezidenti Vladimir Putinin G20 sammitində iştirakı və ABŞ Prezidenti Donald Trampla görüşü ilə bağlı konkret danışmaq hələ tezdir.
Ucnoqta.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Rusiyaya G20 sammitinə dəvətlə bağlı cavab daha sonra veriləcək. Peskov eyni zamanda Rusiyanın istənilən halda “Böyük iyirmilik” formatında keçirilən işlərdə iştirak edəcəyini qeyd edib.
