26
ABŞ-ın Kaliforniya ştatında yüngülmotorlu təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər ölüb.
Ucnoqta.az xəbər verir ki, hadisə sentyabrın 24-də Hesperia şəhəri yaxınlığında baş verib.
“Los Angeles Times”ın məlumatına görə, qəzaya uğrayan təyyarə tək mühərrikli “Aeronca Champion” olub. Təyyarədə olan hər iki şəxsin ölüb. Onların kimliyi hələlik açıqlanmayıb.
Qəzanın səbəbləri araşdırılır.
