31
Böyük Britaniya Kral Hərbi Hava Qüvvələrinə məxsus “T2 Hawk” təlim təyyarəsi Uelsdə qəzaya uğrayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Şimali Uels polisi bildirib ki, təyyarədə olan iki pilot katapult edərək xilas olub. Onların ehtimal olunan yüngül xəsarətlərlə müalicə aldığı qeyd edilib.
Britaniya Kral Hərbi Hava Qüvvələri də hadisəni təsdiqləyib, lakin davam edən araşdırmaya görə əlavə məlumat açıqlamayıb.
