Böyük Britaniyanın hərbi kosmik əməliyyatlarına rəhbərlik edən aviasiya general-mayoru Ceymi Tompson seksual xarakterli cinayətlə bağlı aparılan araşdırma çərçivəsində vəzifəsindən müvəqqəti uzaqlaşdırılıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Sky News Böyük Britaniya Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Ağır Cinayətlərin Araşdırılması Komandanlığının nümayəndəsinə istinadən məlumat yayıb.
Nümayəndənin sözlərinə görə, Kral Hərbi Hava Qüvvələrinin hərbçisi oğurluq və yetkin şəxsə qarşı ağır seksual xarakterli cinayət barədə daxil olan məlumatlarla əlaqədar saxlanılıb.
Bildirilib ki, oğurluqla bağlı araşdırma artıq başa çatıb və ittiham irəli sürülməsi məsələsinə qərar verilməsi üçün hərbi prokurorluğa göndərilib. İddia olunan ağır seksual xarakterli cinayətlə bağlı araşdırma isə davam edir.
Kral Hərbi Hava Qüvvələrindən Ceymi Tompsonun araşdırma müddətində hüquqlarına xələl gətirmədən vəzifəsindən uzaqlaşdırıldığı bildirilib.
İşlə bağlı digər detallar açıqlanmayıb.
