Astrologiya və numerologiyada doğum ayının insanın xarakteri ilə yanaşı, hadisələri intuisiya yolu ilə hiss etməsinə də təsir göstərə biləcəyi iddia olunur.
Ucnoqta.az xəbər verir ki, astroloqlara görə, bəzi insanların ətrafdakıların əhvalını daha tez hiss etdiyi, başqalarının diqqətindən yayınan detalları gördüyü və nəyinsə qaydasında olmadığını açıq əlamətlər ortaya çıxmamışdan əvvəl sezə bildiyi düşünülür.
Bu xüsusiyyətlərin xüsusilə dörd ayda doğulan insanlarda daha qabarıq olduğu qeyd edilir.
İyun
İyun ayında doğulanların ətrafdakı insanların əhvalındakı dəyişiklikləri tez hiss etdiyi deyilir. Onlar səs tonundakı fərqi, baxışları və davranışdakı kiçik dəyişiklikləri asanlıqla fərq edə bilirlər. Xüsusilə ailə üzvləri və dostlarına qarşı diqqətli olduqları, yaxınlarının davranışındakı dəyişiklikləri tez sezə bildikləri bildirilir.
Oktyabr
Oktyabrda doğulanlar insanları yalnız söylədikləri sözlərə görə deyil, davranışları, intonasiyaları və susduqları məqamlar əsasında da qiymətləndirirlər. Onlar məntiqsiz görünən hadisələri uzun müddət düşünə və qarşı tərəfin nəyisə gizlətdiyini və ya tam demədiyini hiss edə bilərlər. Lakin müşahidələrini dərhal bölüşmək əvəzinə əvvəlcə hadisələrin necə inkişaf edəcəyini gözləməyi üstün tuturlar.
Fevral
Fevral ayında doğulanların ətrafdakı insanların emosional vəziyyətinə daha həssas yanaşdığı iddia olunur. Səs-küy və gərgin mühit onları tez yorur, sakitlik isə bərpa olunmalarına kömək edir. Bəzi hallarda intuisiyalarını yuxular, qəfil yaranan fikirlər və ya izah etməkdə çətinlik çəkdikləri daxili hisslər vasitəsilə yaşadıqları bildirilir.
Yanvar
Yanvarda doğulanların intuisiyası daha çox müşahidə və məntiq üzərində qurulur. Onlar başqalarının əlaqələndirmədiyi müxtəlif faktlar arasında bağlantı tapa və hadisələrin gedişatını əvvəlcədən təxmin edə bilirlər. Bəzən müəyyən nəticəyə gəlirlər, lakin buna necə nail olduqlarını dərhal izah edə bilmirlər.
Qeyd edək ki, “altıncı hiss” və doğum ayı ilə intuisiya arasındakı əlaqə elmi cəhətdən təsdiqlənmiş fakt deyil. Bu yanaşmalar əsasən astrologiya, numerologiya və xalq inanclarına əsaslanır.
