37
Meyvə və tərəvəzlərin adətən tulladığımız qabıq, toxum və digər hissələri bəzən onların lətindən daha çox lif ehtiva edir.
Ucnoqta.az xəbər verir ki, bu barədə “ScienceAlert” London Kral Kollecinin alimlərinin araşdırmasına istinadən məlumat yayıb.
Tədqiqatçılar 12 növ meyvə və tərəvəzi araşdırıblar. Məlum olub ki, onların 10-da tullanan hissələrdəki lif miqdarı yeyilən hissələrdən daha çoxdur.
Ən böyük fərq ananasda (453%), qarpızda (425%) və balqabaqda (362%) qeydə alınıb.
Alimlər bildirirlər ki, bu hissələrdən istifadə lif qəbulunu artırmağa, qida tullantılarını azaltmağa və pula qənaət etməyə kömək edə bilər.
Bununla belə, bütün qabıq və toxumlar yemək üçün təhlükəsiz deyil. Məsələn, ananas qabığında təbii toksik birləşmələr ola bilər.
