Qazaxıstanın Almatı şəhərində Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin yenidən qurulan Tələbə Sarayının dam örtüyünün bir hissəsi çöküb.
Ucnoqta.az xəbər verir ki, hadisə gecə saatlarında baş verib. Tengrinews portalının məlumatına görə, bina hasarlanıb və hazırda istifadədə olmayıb.
Hadisə zamanı ölən və ya xəsarət alanların olub-olmaması barədə hələlik rəsmi məlumat açıqlanmayıb.
Universitetin mətbuat xidmətindən bildirilib ki, binanın texniki vəziyyəti 2023-cü ildə akkreditə olunmuş təşkilat tərəfindən araşdırılıb. Ekspertiza zamanı daşıyıcı konstruksiyalarda ciddi qüsur və zədələnmələr, o cümlədən beton və metal konstruksiyalarda korroziya, sütunların əyilməsi və dam örtüyünün bəzi hissələrində deformasiya aşkarlanıb.
Universitet qeyd edib ki, ekspertiza nəticələri binanın tikinti normalarının tələblərinə uyğunluğunda ciddi problemlərin olduğunu göstərib.
