Azərbaycan Qran-prisində yarış həftəsonunun ikinci günü start götürür. Bakı küçələrində təşkil olunan Formula 1 mərhələsində bu gün həm “Formula 2”, həm də “Formula 1” üzrə mühüm sessiyalar keçiriləcək.
Ucnoqta.az xəbər verir ki, günün yarış proqramı səhər saatlarında “Formula 2”nin sprint yarışı ilə başlayacaq. Ardınca Formula 1 bolidləri üçüncü sərbəst yürüşdə trasda olacaq.
Günün növbəti hissəsində “Formula 2” üzrə ilk əsas yarış keçiriləcək. Saat 16:00-da isə Formula 1-də sıralama turuna start veriləcək. Pilotlar Bakı trasında ən yaxşı nəticəni əldə edərək yarışa daha əlverişli mövqedən başlamaq üçün mübarizə aparacaqlar.
25 sentyabrın proqramı:
08:15 – Formula 2, sprint yarışı
12:30 – Formula 1, üçüncü sərbəst yürüş
14:15 – Formula 2, birinci əsas yarış
16:00 – Formula 1, sıralama turu
Azərbaycan Qran-prisinin əsas yarışı isə sentyabrın 26-da keçiriləcək.
