29
Fransa Səudiyyə Ərəbistanının Yanbu liman şəhərində yerləşən enerji infrastrukturu obyektlərinin mühafizəsi üçün hərbi personal və texnika göndərəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron France 2 telekanalının efirində bildirib.
Makronun sözlərinə görə, məsələ Səudiyyə tərəfi ilə yekun razılaşdırılıb. Fransa obyektin təhlükəsizliyinin təmin edilməsi üçün hərbçilər, radar sistemləri və hava hücumundan müdafiə kompleksləri göndərəcək.
Fransa prezidenti vurğulayıb ki, bu addımın məqsədi ölkəsinin hər hansı münaqişəyə qoşulması deyil.
Makron bildirib ki, Fransanın göndərəcəyi hərbi vasitələr yalnız enerji obyektlərinin müdafiəsinin təmin edilməsinə xidmət edəcək.
