64
ABŞ Prezidenti Donald Tramp Çin lideri Si Cinpinə Ağ Evdəki prezidentlər qalereyasında hazırlatdığı qeyri-adi təsviri göstərib.
Ucnoqta.az xəbər verir ki, təsvirin üzərində ABŞ prezidentlərinin adları arasında Trampın adı iki dəfə qeyd olunub, Co Baydenin yerində isə onun portreti əvəzinə faksimile imzası üçün istifadə olunan qələm təsviri yerləşdirilib.
Tramp daha əvvəl də Baydenin prezidentliyi ilə bağlı tənqidi fikirlər səsləndirib. Bu dəfəki təqdimat isə Ağ Evdə Si Cinpinlə görüş zamanı baş verib.
