30
Çin ABŞ və İran arasında mövcud qarşıdurmanın diplomatik yollarla həll edilməsinə və Fars körfəzində sabitliyin bərpa olunmasına çağırış edib.
Ucnoqta.az xəbər verir ki, bunu Çinin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Qo Szyakunun bildirib.
Onun sözlərinə görə, Vaşinqton və Tehran arasında münaqişə tərəflərin, eləcə də beynəlxalq ictimaiyyətin ümumi maraqlarına uyğun deyil.
Çin rəsmisi ABŞ və İranı mübahisələri dialoq və danışıqlar yolu ilə həll etməyə, Fars körfəzi və Yaxın Şərqdə sülh və sabitliyin mümkün qədər tez bərpasına çalışmaqla bağlı çağırış edib.
