30
Türkiyənin şərqində 5,1 maqnitudalı zəlzələ baş verib.
Ucnoqta.az xəbər verir ki, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, yeraltı təkanların episentri Şanlıurfa şəhərindən 24 kilometr şimal-qərbdə yerləşib.
Zəlzələnin ocağı 10 kilometr dərinlikdə qeydə alınıb.
Hazırda dağıntı və xəsarət alanlarla bağlı hər hansı məlumat daxil olmayıb.
