29
Nepalda Himlunq-Himal dağında 10 alpinist qar uçqununun altında qalıb.
Ucnoqta.az xəbər verir ki, güclü qar yağmasından sonra baş verən uçqun dağın baza düşərgəsindəki çadırları örtüb. Pis hava ilə bağlı xəbərdarlıqlardan sonra alpinistlərin əksəriyyəti daha aşağı əraziyə enib. Lakin ekspedisiyanın bəzi iştirakçıları düşərgədə qalıb.
Məlumata görə, alpinistlərdən ikisi Imagine Nepal, səkkizi isə Himalayan Holidays Nepal ekspedisiya şirkəti ilə əlaqəlidir.
Pis hava şəraiti səbəbindən hazırda axtarış-xilasetmə əməliyyatına başlamaq mümkün deyil. Şərait yaxşılaşdıqdan sonra səkkiz dağ bələdçisinin helikopterlərlə düşərgəyə göndərilməsi planlaşdırılır.
