İran ordusunun nümayəndəsi, general Məhəmməd Əkrəminiyanın sözlərinə görə, ABŞ-ın İrana qarşı hərbi müdaxiləsi Yaxın Şərqdə daha genişmiqyaslı münaqişəyə səbəb ola bilər.
Ucnoqta.az xəbər verir ki, general bu barədə SNN telekanalına açıqlamasında bildirib.
Əkrəminiyanın sözlərinə görə, ABŞ hazırda Yaxın Şərqdə həssas vəziyyətdədir. O qeyd edib ki, İran Silahlı Qüvvələri mümkün ABŞ zərbələrinə əvvəlkindən daha hazırlıqlıdır.
General bildirib ki, İran ordusu şəxsi heyətin hazırlığını gücləndirib, hərbi texnikanı təkmilləşdirib və yeni silah və texnika nümunələrini silahlanmaya qəbul edib.
Əkrəminiyanın sözlərinə görə, ABŞ hərbi təcavüzə əl atarsa, regionda müharibə, qeyri-sabitlik və zorakılıq daha da genişlənə, nəticədə bölgə ölkələri daha böyük zərər görə bilər.
