25
Fransa millisinin kapitanı və hücumçusu Kilian Mbappe milli komandanın məşqində iştirak etməyib.
Ucnoqta.az xəbər verir ki, bu barədə L’Equipe məlumat yayıb.
Məlumata görə, futbolçuda qripə bənzər simptomlar aşkarlanıb. Onun vəziyyəti ilə bağlı əlavə məlumat verilməyib.
Fransa millisi Millətlər Liqasının yeni mövsümündə ilk oyununu sentyabrın 25-də keçirəcək. Komanda səfərdə Türkiyə yığması ilə qarşılaşacaq.
