26
Güclü maqnit qasırğasının sentyabrın 24-də Yer kürəsini əhatə edəcəyi gözlənilir.
Ucnoqta.az xəbər verir ki, məlumata görə, qarşıdakı günlərin ən əhəmiyyətli hadisələrindən biri payızın ikinci maqnit qasırğası olacaq. Qasırğanın sentyabrın 24-də baş verəcəyi proqnozlaşdırılır.
Mütəxəssislərin bildirdiyinə görə, hadisəyə Günəşdə cənub qütbündən ekvatora qədər uzanan böyük tac dəliyi səbəb olacaq.
Cümə axşamı Yer öz orbitində Günəşin tac dəliyinə tərəf yönələcək və nəticədə planetimiz güclü Günəş küləyi axınının təsirinə məruz qala bilər.
