35
Yəməndə fəaliyyət göstərən “Ənsar Allah” hərəkatının husiləri Səudiyyə Ərəbistanının paytaxtındakı hava limanına və Yanbu şəhəri yaxınlığında yerləşən neft infrastrukturuna zərbələr endirdiklərini bildiriblər.
Ucnoqta.az xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Səriya açıqlama verib.
“Al Masirah” telekanalının Səriyanın sözlərinə istinadən yaydığı məlumata görə, husilər Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına üç qanadlı raketlə hücum ediblər.
Hərəkatın nümayəndəsi əlavə edib ki, Yanbu bölgəsindəki 11 nömrəli nasos stansiyası da pilotsuz uçuş aparatı ilə hədəfə alınıb.
