64
Misir hərbçiləri husilərin hücumlarından krallığın strateji əhəmiyyətli obyektlərini qorumaq məqsədilə Səudiyyə Ərəbistanında yerləşdirilib.
Ucnoqta.az bildirir ki, bu barədə Misirin xarici işlər naziri Bədr Əbdül Ati məlumat verib.
“Biz artıq Səudiyyə Ərəbistanındakı qardaşlarımızın müraciəti əsasında husilərlə mübarizədə yardım göstərmək üçün orada hərbi qüvvələr yerləşdirmişik və onların sayını artırırıq”, – deyə nazir France 24 telekanalına müsahibəsində bildirib.
O vurğulayıb ki, Misir hərbçilərinin Səudiyyə Ərəbistanında olması yalnız müdafiə məqsədi daşıyır. Buraya müsəlmanlar üçün müqəddəs sayılan Məkkə və Mədinə şəhərlərinin təhlükəsizliyinin təmin edilməsi də daxildir.
