33
İspaniyada ümumi tətil çərçivəsində müxtəlif şəhərlərdə keçirilən piketlərin iki iştirakçısı avtomobil vurması nəticəsində xəsarət alıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə “El Mundo” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, hadisələrdən biri Qalisiya muxtar icmasının Pontevedra şəhərində baş verib. Qəzetin mənbələrinin bildirdiyinə görə, zərərçəkən ayağından və əlindən xəsarət alıb. Ona xəstəxanada tibbi yardım göstərilib və artıq evə buraxılıb. Hadisənin digər təfərrüatları açıqlanmayıb.
Digər hadisə isə Kataloniya muxtar icmasının Tarraqona şəhərində qeydə alınıb. Burada da piket iştirakçısını avtomobil vurub. O, yüngül xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
