108
“Barselona” və İspaniya millisinin hücumçusu Lamin Yamal azarkeşlərə hədiyyə təqdim edərkən Azərbaycanı Qazaxıstanla səhv salıb.
Ucnoqta.az Sports.kz-a istinadən xəbər verir ki, yayılan videoda ispaniyalı futbolçu yoldan keçənlərə qulaqlıq paylayır. O, həmçinin qalibinə Çempionlar Liqasının oyununa iki bilet və öz imzası olan bir cüt futbol butsusu veriləcək “qızıl bilet” də hazırlayıb.
Yamaldan qalibin hansı oyuna baxa biləcəyi soruşulduqda o, Qazaxıstanın adını çəkib.
“Bu, məndən asılı olsaydı, onlara Qazaxıstandakı oyuna biletlər verər və ora göndərərdim. Qoy Qazaxıstana oyuna getsinlər”, – deyə futbolçu bildirib.
