51
Rusiya, Ukrayna və ABŞ nümayəndə heyətləri arasında üçtərəfli danışıqların ikinci gününə start verilib. Görüşün yekunlarının bu gün Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinskinin mətbuat üçün açıqlaması zamanı məlum olacağı gözlənilir.
Ucnoqta.az xəbər verir ki, ABŞ mediasının məlumatına görə, danışıqlarda ərazi məsələsi müzakirə olunacaq. Bununla belə, Kiyev ABŞ-ın Ukraynanın şərq vilayətlərinin inzibati sərhədlərinin dəyişdirilməsi ilə bağlı təklifini rədd edib.
Qeyd edək ki, dünən keçirilən görüş təxminən 4 saat yarım davam edib. Nümayəndə heyətlərinin üzvləri danışıqları konstruktiv adlandırsalar da, hər hansı ciddi irəliləyişin əldə olunmadığını bildiriblər.
