73
Pakistanın keçmiş baş naziri, müxalifətdəki “Ədalət Hərəkatı” Partiyasının (PTI) qurucusu İmran Xan tibbi müalicə aldıqdan sonra yenidən həbsxanaya qaytarılıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrə istinadən məlumat yayıb.
Müalicənin detalları barədə məlumat verilməyib.
Qeyd edək ki, daha əvvəl Pakistan Ali Məhkəməsi korrupsiya ittihamı ilə həbsdə olan İmran Xanın səhhəti ilə əlaqədar həbsxanadan xəstəxanaya köçürülməsi barədə qərar qəbul edib.
