24
Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) bütün qurumlarında səsvermə hüququndan məhrum edilib.
Ucnoqta.az bildirir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Onun sözlərinə görə, Moskvada keçirilən KTMT sammitinin iştirakçıları Ermənistanın təşkilatda səsvermə hüququnun dayandırılması barədə qərar qəbul ediblər.
Həmçinin, Ermənistanın təşkilatın orqanlarında kvota üzrə ayrılan vəzifələrə namizəd irəli sürmək hüququnun dayandırılması barədə qərar qəbul edilib.
