26
İsrailin nəqliyyat naziri Miri Regev Flydubai aviaşirkətinin İsrailə uçuşlarının dayandırılmasını tələb edib.
Ucnoqta.az xəbər verir ki, N12 telekanalının məlumatına görə, bu tələb Dubaydan Təl-Əvivə uçan Flydubai təyyarəsinin qaçırılma siqnalı göndərməsindən və daha sonra Səudiyyə Ərəbistanına enməsindən sonra irəli sürülüb.
Məlumata görə, Regev ilə İsrailin Ümumi Təhlükəsizlik Xidməti (ŞABAK) nümayəndələri arasında təhlükəsizlik məsələlərinə həsr olunmuş iclas zamanı fikir ayrılığı yaranıb və tərəflər arasında gərgin müzakirə baş verib.
