28
Malayziyanın keçmiş baş naziri Mahathir Məhəmməd həyat yoldaşının ölümündən bir gün sonra xəstəxanaya yerləşdirilib.
Ucnoqta.az xəbər verir ki, Reuters-in məlumatına görə, 101 yaşlı siyasətçi sentyabrın 29-da Kuala-Lumpurdakı Milli Kardiologiya İnstitutuna aparılıb. Onun xəstəxanaya yerləşdirilməsinin səbəbi açıqlanmayıb.
Məlumata görə, Mahathir Məhəmməd ürək problemlərindən əziyyət çəkir və daha əvvəl ürək şuntlama əməliyyatı keçirib. Son illərdə o, bir neçə dəfə xəstəxanaya yerləşdirilib.
Keçmiş baş nazirin həyat yoldaşı Siti Hasma Məhəmməd Ali isə sentyabrın 28-də 100 yaşında vəfat edib.
