27
Hörmüz boğazında hücuma məruz qalan tankerlərin sayı üçə çatıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Koordinasiya Mərkəzi (UKMTO) məlumat yayıb.
Bildirilib ki, hər üç insident sentyabrın 29-da baş verib. Məlumata görə, tankerlər naməlum mərmilərlə vurulub. Hadisələrdən birində mərmi gəminin sol bortuna düşüb. Digər tanker hücuma məruz qalarkən boğaza daxil olurmuş.
İnsidentlər nəticəsində xəsarət alanlar barədə məlumat yoxdur. Hücuma məruz qalan gəmilərin adları və qeydiyyat limanları açıqlanmayıb.
