Rusiya ordusunun itkiləri 1,53 milyonu keçib
Ucnoqta.az xəbər verir ki, Ukrayna Baş Qərargahının 30 sentyabr tarixli məlumatına görə, müharibənin əvvəlindən Rusiya ordusunun ümumi canlı qüvvə itkisi təxminən 1 milyon 533 min 970 nəfərə çatıb.
Son 24 saat ərzində itkilərin 1 470 nəfər olduğu bildirilib.
24 fevral 2022-ci ildən 30 sentyabr 2026-cı ilədək Rusiya qüvvələrinin itkiləri:
Şəxsi heyət: 1 533 970 (+1 470)
Tanklar: 12 388
Zirehli döyüş maşınları: 25 463
Artilleriya sistemləri: 50 519 (+21)
Reaktiv yaylım atəş sistemləri: 2 171 (+2)
Hava hücumundan müdafiə vasitələri: 1 682 (+1)
Təyyarələr: 443
Helikopterlər: 356
Yerüstü robot kompleksləri: 2 789 (+9)
Operativ-taktiki PUA-lar: 540 095 (+1 393)
Qanadlı raketlər: 5 121 (+3)
Gəmilər: 35
Sualtı qayıqlar: 2
Avtomobil və yanacaq çənləri: 155 363 (+332)
Xüsusi texnika: 4 770 (+5)
