ABŞ və İran arasında müharibənin dayandırılması ilə bağlı aparılan diplomatik danışıqlarda irəliləyiş əldə olunmayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.
Məlumata görə, Qətərin vasitəçiliyi ilə keçirilən danışıqlarda tərəflər əsas məsələlər üzrə mövqelərini dəyişməyə hazır olmadıqlarını nümayiş etdiriblər. Bu vəziyyət danışıqlarda dalana səbəb olub və hərbi əməliyyatların yenidən başlaması ilə bağlı narahatlıqları artırıb.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp İranın son təklifini rədd etdiyini açıqlamışdı. Bununla belə, o, danışıqların davam etdirilə biləcəyini bildirmişdi. İran tərəfi də diplomatik həllə hazır olduğunu bəyan edib.
“Axios”un məlumatına görə, ABŞ rəsmiləri arasında Trampın aralıq seçkilərindən sonra, noyabr ayında İrana qarşı hərbi əməliyyatların yenidən başlamasına göstəriş verə biləcəyi barədə müzakirələr aparılır. Bu, rəsmi qərar deyil, ABŞ rəsmilərinin mümkün ssenari ilə bağlı qiymətləndirməsidir.
