ABŞ Prezidenti Donald Tramp süni intellektin (Sİ) adının dəyişdirilməsi ilə bağlı sərəncam imzalayacağını açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, Tramp Ağ Evdə texnologiya şirkətlərinin nümayəndələri ilə görüşündə bildirib ki, çərşənbə axşamı bu məsələ ilə bağlı sənəd imzalayacaq.
“Bu, süni deyil. Biz hamımız bununla razıyıq. Biz onu rəsmi olaraq superintellekt adlandıracağıq”, – deyə Tramp bildirib.
ABŞ Prezidenti süni intellekt texnologiyalarının tənzimlənməsi məsələsinə də toxunub. Onun sözlərinə görə, bu sahədə “özünütənzimləmə” prinsipi mühüm rol oynamalıdır.
Tramp bildirib ki, Ədliyyə Nazirliyi, Federal Təhqiqatlar Bürosu və digər qurumlar vasitəsilə bu sahədə müəyyən nəzarət artıq həyata keçirilir. Bununla yanaşı, o, süni intellekt sektorunda özünütənzimləmənin əhəmiyyətini vurğulayıb.
