19
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib.
Ucnoqta.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin məlumatına əsasən, 10 fiziki və hüquqi şəxs sanksiya siyahısına daxil edilib.
Sanksiyalar İran Müdafiə Nazirliyinin maraqları naminə silah və hərbi komponentlərin tədarükü ilə bağlı fəaliyyətlərə qarşı tətbiq olunub. Siyahıya Honkonq, İran, Çin, Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyədə yerləşən fiziki şəxslər və şirkətlər daxil edilib.
ABŞ-ın sanksiya siyahısına salınan şəxslərin və qurumların ölkədəki aktivləri bloklanır, həmçinin ABŞ vətəndaşları və şirkətlərinin onlarla biznes fəaliyyəti aparmasına qadağa qoyulur.
