15
ABŞ Prezidenti Donald Tramp ABŞ-ın İranla müharibəsinin “çox tezliklə” başa çatacağını bildirib.
Ucnoqta.az xəbər verir ki, Tramp bu barədə Vaşinqtonda süni intellekt texnologiyalarına həsr olunmuş konfransda çıxışı zamanı danışıb.
“İranın heç vaxt nüvə silahı olmayacaq. Onların vəziyyəti çox pisdir. Çox tezliklə bu, başa çatacaq”, – deyə ABŞ lideri bildirib.
Trampın sözlərinə görə, İranla münaqişənin nizamlanmasından sonra neftin qiyməti də aşağı düşəcək.
ABŞ Prezidenti həmçinin İranla müharibənin onun administrasiyası dövründə görülən “ən mühüm işlərdən biri” kimi tarixə düşəcəyini deyib.
