37
Rusiya Prezidenti Vladimir Putin fiziki şəxslər üçün Azərbaycana və bir sıra ölkələrə 1 milyon rubldan (20120 manat) artıq nağd pul çıxarılmasını qadağan edib.
Ucnoqta.az xəbər verir ki, bununla bağlı fərman hüquqi informasiya portalında dərc olunub.
Yeni qaydalara əsasən, Rusiya vətəndaşları və digər fiziki şəxslər Avrasiya İqtisadi İttifaqına üzv ölkələrə, həmçinin Azərbaycan, Tacikistan və Özbəkistana 1 milyon rubldan çox nağd rubl çıxara bilməyəcəklər.
Hüquqi şəxslər və fərdi sahibkarlar üçün isə nağd rublun ixracına məbləğindən asılı olmayaraq qadağa tətbiq edilir.
