18
Yaponiyanın ən böyük avtomobil istehsalçısı Toyota Motorun dünya üzrə satışları avqust ayında 6,4% azalaraq 790 743 avtomobil təşkil edib.
Ucnoqta.az xəbər verir ki, şirkətin açıqladığı statistikaya əsasən, satışlarda azalma ardıcıl ikinci aydır qeydə alınır.
Ən ciddi geriləmə Çində müşahidə olunub. Burada Toyota-nın satışları 22,8%, ABŞ-da isə 4,4% azalıb. Eyni zamanda, Avropada satışlar 2,6%, Yaponiyada isə 9,1% artıb.
Şirkətin Yaponiyadakı satışları artıq beşinci aydır yüksəlir. Artım yeni modellərə tələbin yüksək olması ilə əlaqələndirilir.
Toyota avqust ayında istehsalı da 5,9% azaldıb. Buna bəzi ölkələrdə, o cümlədən Yaponiyada iyul və avqust aylarında istirahət günlərinin çox olması səbəb göstərilib.
