29
Pekin və Vaşinqton ticarət-iqtisadi məsləhətləşmələr çərçivəsində Çinin 2027 və 2028-ci illərdə ABŞ-dan kömür idxal etməsinin şərtləri barədə razılığa gəlib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Çinin Ticarət Nazirliyinin yaydığı açıqlamada bildirilib.
Razılaşmaya əsasən, kömür hər iki tərəfin gömrük rüsumlarını qarşılıqlı şəkildə azaltmaq barədə razılığa gəldiyi 30 milyard dollarlıq məhsullar siyahısına daxil ediləcək.
Çin tərəfi hesab edir ki, ABŞ-dan kömür idxalı ölkənin daxili kömür bazarını tamamlayacaq. Eyni zamanda, bu tədarüklərin ABŞ-ın kömür sənayesində gəlirlərin və iş yerlərinin sabitliyinə, eləcə də iki ölkə arasında ticarətin genişlənməsinə töhfə verəcəyi gözlənilir.
