28
Ukraynanın Xarkov şəhərində gecə saatlarında yaşayış binasına zərbə endirilməsi nəticəsində 22 nəfər yaralanıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Xarkov vilayət administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat verib.
Onun sözlərinə görə, yaralananlar arasında 8 uşaq da var. Zərbə Saltov rayonunda yerləşən çoxmənzilli yaşayış binasının ikinci mərtəbəsinə düşüb.
Məlumata görə, hücum nəticəsində binanın iki mərtəbəsi dağılıb. Hadisə yerindən yayılan məlumatlarda zərbənin idarə olunan aviasiya bombası (KAB) ilə həyata keçirildiyi bildirilib.
Bundan əlavə, Xarkovun Kiyev rayonuna da zərbə endirildiyi bildirilib.
