26
İraq hakimiyyəti İranla hava əlaqəsinin qismən bərpa olunması üçün ABŞ administrasiyası ilə danışıqlar aparır.
Ucnoqta.az xəbər verir ki, “Al Hadath” telekanalının mənbələrinə istinadən verdiyi məlumata görə, Bağdad ABŞ-dan milli aviadaşıyıcısı “Iraqi Airways”ə İrana məhdud sayda uçuş həyata keçirməyə istisna qaydasında icazə verilməsini xahiş edib.
İraq bunun qarşılığında İrandan həyata keçiriləcək bütün reyslərin yalnız Nəcəf şəhərindəki hava limanında qəbul edilməsini təklif edib.
İraq rəsmiləri “Al Hadath”ın yaydığı məlumatı hələlik şərh etməyiblər.
