38
İsrailin Baş naziri Benyamin Netanyahu bazar günü Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabiyə gizli səfər edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə İsrailin 12-ci telekanalı məlumat yayıb.
Telekanalın mənbələrinə görə, Netanyahu səhər saatlarında özəl təyyarə ilə BƏƏ-yə yola düşüb və gün ərzində Əbu-Dabidə qalıb. O, axşam İsrailə qayıdıb.
Məlumata görə, səfərin əsas məqsədi BƏƏ Prezidenti Məhəmməd bin Zayed Əl Nəhyanla təkbətək görüş keçirmək olub.
Görüşdə hansı məsələlərin müzakirə edildiyi açıqlanmayıb. Netanyahu administrasiyası isə yayılan məlumatları şərh etməyib.
