27
Dünya birjalarında Azərbaycan neftinin qiymətində artım qeydə alınıb.
Ucnoqta.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 4,69 ABŞ dolları, yaxud 3,13 faiz yüksəlib. Nəticədə Azərbaycan neftinin bir bareli 121,43 ABŞ dollarına çatıb.
Qeyd edək ki, 2026-cı il üzrə Azərbaycanın dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.
