27
ABŞ-da federal məhkəmə CNN, MS NOW və Politico jurnalistlərinin Ağ Evə giriş imkanlarının bərpa edilməsinə qərar verib.
Ucnoqta.az xəbər verir ki, Kolumbiya dairəsinin federal hakimi Timoti Kelli təcili keçirilən məhkəmə iclasından sonra iddiaçıların müraciətini təmin edib.
Qərara əsasən, ABŞ Prezidenti Donald Trampın administrasiyası adıçəkilən media qurumlarının jurnalistlərinin Ağ Evə girişini yenidən təmin etməlidir.
Məhkəmənin qərarı jurnalistlərin Ağ Evdə fəaliyyət göstərməsi ilə bağlı yaranmış mübahisə fonunda qəbul edilib.
