Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni tərkibi formalaşdırılıb.
Ucnoqta.az xəbər verir ki, qurultayda keçirilən səsvermənin nəticələrinə əsasən, İdarə Heyətinə 23 nəfər üzv seçilib.
MŞ İdarə Heyətinin jurnalistlər arasından seçilən üzvləri aşağıdakılardır:
Hacıbəy Heydərli – “Azxeber.com” saytı;
Orxan Amaşov – AnewZ;
Səadət Məmmədova – ATV;
Nurşən Quliyev – APA;
Vüqar Rəhimzadə – “İki sahil” qəzeti;
Elşad Eyvazlı – Modern Media Qrupu;
Seyfəddin Hüseynli – “525-ci qəzet”;
Qalib İbrahimoğlu – “Bakivaxti.az” saytı;
Fərid Şahbazlı – “Editor.az” saytı;
Elçin Alıoğlu – “Trend” İA;
Anar Tahirov – “Bizim.media” saytı;
Vəfa Həmzəyeva – Real TV
Elmira Musayeva – CBC
Hümbət Musayev- Xalq qəzetinin baş redaktorunun birinci müavini
İdarə Heyətinin ictimaiyyət nümayəndələri üzrə seçilən üzvləri:
Vüqar Zifəroğlu (BDU, Jurnalistika fakültəsi),
Müşfiq Ələsgərli (Jurnalistlərin Həmkarlar İttifaqı),
Əminə Yusifqızı (veteran jurnalist),
Bəhruz Məmmədzadə (“Xüsusi təyinatlıların qaziləri, şəhid ailələri və veteranları” İctimai Birliyi),
Ayaz Mirzəyev (Azərbaycan Jurnalistləri Şəbəkəsi İctimai Birliyi),
Fərid Pərdəşünas (Technote Media Şirkəti),
Könül Niftəliyeva (BDU, Jurnalistika fakültəsi),
Azər Həsrət (Bayraqdar Media),
Yeganə Hacıyeva (Gənc Demokratlar İnstitutu).
