30
Böyük Britaniyada banklara tətbiq olunan vergilərin artırılacağı ilə bağlı xəbərlər London Fond Birjasında iri bankların səhmlərinin kəskin ucuzlaşmasına səbəb olub.
Ucnoqta.az xəbər verir ki, ticarət sessiyasının açılışında Lloyds bank qrupunun səhmləri 2,3%, NatWest bankının səhmləri 2%, Barclays bankının səhmləri isə 0,6% dəyər itirib.
Bununla yanaşı, London Fond Birjasının 100 ən böyük şirkətin səhmlərini əhatə edən FTSE 100 indeksi 0,3% geriləyib.
Qeyd edək ki, səhmlərin ucuzlaşması Britaniya hökumətinin banklar üçün vergi yükünü artırmaq planları ilə bağlı yayılan məlumatlar fonunda baş verib.
