28
Argentinada 2026-cı ilin ilk altı ayında yoxsulluq səviyyəsi 28,2 faizdən 32,3 faizə yüksəlib.
Ucnoqta.az xəbər verir ki, bu barədə ölkənin Statistika və Siyahıyaalma İnstitutunun açıqladığı məlumatlarda bildirilir.
Hesabata əsasən, yoxsulluq həddindən aşağı yaşayan ailələrin payı 24,4 faiz təşkil edib. Bu ailələrdə ölkə əhalisinin 32,3 faizi yaşayır. Onların 7,5 faizi isə ifrat yoxsulluq həddindədir.
Araşdırma Argentinanın 31 şəhər aqlomerasiyasını əhatə edib. Məlumata görə, bu ərazilərdə təxminən 9,7 milyon insan yoxsulluq həddindən aşağı yaşayır. 2025-ci ilin sonunda bu göstərici 8,5 milyon nəfər olub.
