16
ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus USS George H. W. Bush aviadaşıyıcısının oktyabrın 5-də Taylandın Pxuket adasına gələcəyi açıqlanıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Pxuket əyalətinin Patonq şəhər polis bölməsi məlumat yayıb.
Bildirilib ki, təxminən 4,8 min nəfərlik heyətə malik aviadaşıyıcı və 320 nəfərlik heyəti olan USS Delbert D. Black esminesi oktyabrın 5-dən 10-dək dərin su limanında dayanacaq.
Tayland polisi ABŞ tərəfinə gəmi heyətinin adada olduğu müddətdə ölkə qanunlarına ciddi şəkildə riayət etməsinin vacibliyini xatırladıb.
