Yaponiya Suriyanın bir sıra dövlət qurumları və şirkətlərinə tətbiq etdiyi sanksiyaları aradan qaldırıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Yaponiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qərara əsasən, Suriyanın Müdafiə və Daxili İşlər nazirliklərinə qarşı tətbiq olunan məhdudiyyətlər ləğv ediləcək.
Bundan başqa, aktivlərin dondurulmasını nəzərdə tutan sanksiyalar da bir sıra Suriya şirkətlərinə şamil edilməyəcək. Siyahıda neft, bank və telekommunikasiya sektorunda fəaliyyət göstərən Syrian Petroleum Company, Syria Trading Oil Company, Commercial Bank of Syria və Syriatel şirkətləri yer alır.
Yaponiya Xarici İşlər Nazirliyinin bildirdiyinə görə, qərar Suriyada vəziyyətin inkişafı və Yaponiya ilə Suriya arasındakı ikitərəfli münasibətlər nəzərə alınaraq qəbul edilib.
