32
Niderland Ukraynada hərbçilərin hazırlığının genişləndirilməsi üçün təlim infrastrukturunun inkişafına 10 milyon avro ayıracaq.
Ucnoqta.az xəbər verir ki, bu barədə Niderlandın müdafiə naziri Dilan Yeşilqöz-Zegerius Brüsseldə Aİ ölkələrinin müdafiə nazirlərinin görüşünə gedərkən jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, əlavə maliyyələşmə daha çox ukraynalı hərbçinin hazırlıq keçməsinə imkan verəcək.
Nazir qeyd edib ki, Niderland müttəfiqləri ilə birlikdə indiyədək, o cümlədən Aİ-nin EUMAM Ukraine missiyası çərçivəsində, Ukrayna Silahlı Qüvvələrinin təxminən 100 min hərbçi və zabitinin hazırlanmasında iştirak edib.
