32
Yaponiyanın yeni mobil Type-25 raketləri ilk dəfə ABŞ və Yaponiya silahlı qüvvələrinin oktyabr ayında keçirəcəyi “Keen Sword” birgə hərbi təlimlərində nümayiş etdiriləcək.
Ucnoqta.az xəbər verir ki, Kyodo agentliyinin məlumatına görə, raketlərin uçuş məsafəsi təxminən 1 000 kilometrdir.
Təlimlərin Yaponiyanın müxtəlif bölgələrində keçirilməsi və hər iki ölkədən on minlərlə hərbçinin iştirakı gözlənilir. Manevrlərin dəqiq tarixləri və keçiriləcəyi ərazilər barədə məlumatın daha sonra açıqlanacağı bildirilir.
“Keen Sword” təlimləri iki ildən bir keçirilir.
