74
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın “Anım Günü” ilə bağlı Prezident İlham Əliyevlə telefonla danışıb.
Ucnoqta.az Anadolu agentliyinə istinadən xəbər verir ki, danışıq zamanı Ərdoğan İlham Əliyevə “Anım Günü” münasibətilə başsağlığını çatdırıb, Vətən müharibəsində şəhid olanların xatirəsini rəhmətlə yad edib.
