35
Serbiya Prezidenti Aleksandar Vuçiç istefasından sonra prezidentlik səlahiyyətlərini Milli Assambleyanın spikeri Ana Brnabiçə təhvil verib.
Ucnoqta.az xəbər verir ki, Brnabiç yeni prezident seçilənədək dövlət başçısının səlahiyyətlərini müvəqqəti icra edəcək.
Vuçiç sentyabrın 27-də istefa verdiyini açıqlayıb. Serbiya hökumətinin məlumatına görə, yeni prezident seçkiləri dekabrın sonunadək keçirilməlidir. Ölkədə növbədənkənar parlament seçkiləri isə oktyabrın 25-nə təyin olunub.
Brnabiç səlahiyyətlərin təhvil-təslimi mərasimində yeni prezident seçilənədək bu vəzifəni icra edəcəyini bildirib.
